İqtisadi Şuranın iclasında 2026-2029-cu illərdə büdcə siyasətinin əsas məqsəd, istiqamət və hədəfləri müzakirə edilib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.
İclasda Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması və bərpası ilə bağlı xərclərin maliyyələşdirilməsi və "Böyük Qayıdış" Proqramının təmin edilməsi ilə bağlı məsələlər müzakirə olunub.
Qeyd edək ki, 2020-ci ildən başlayaraq 2025-ci il də daxil olmaqla dövlət büdcəsindən bərpa-quruculuq işlərinə ümumilikdə 22 milyard manata yaxın vəsait ayrılıb. O cümlədən 2025-ci ildə 4 milyard manat ayrılıb.
2026-cı ilin sonunadək "Böyük Qayıdış" proqramının I mərhələsinin tamamlanacağı və bu mərhələdə 140 min keçmiş məcburi köçkünun Qarabağ və Şərqi Zəngəzura qayıdacağı planlaşdırılır.