• Bakı 20° C

    8.64 m/s

  • USD - 1.7

    EUR - 1.9934

    RUB - 2.0047

Azərbaycan Türkiyədən metal idxalına çəkdiyi xərci 1 % artırıb

İQTİSADİYYAT

13 Sentyabr 2025 | 17:39

Azərbaycan Türkiyədən metal idxalına çəkdiyi xərci 1 % artırıb

 Bu ilin yanvar-avqust aylarında Azərbaycan Türkiyədən 90,221 milyon ABŞ dolları dəyərində qara və əlvan metal idxal edib.

Bakıvaxtı.az Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 1 % çoxdur.

Təkcə avqust ayında Türkiyə Azərbaycana 11,18 milyon ABŞ dolları dəyərində qara və əlvan metal ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 15,9 % azdır.

8 ayda Türkiyənin qara və əlvan metal ixracının ümumi dəyəri illik müqayisədə 6,1 % artaraq 8,736 milyard ABŞ dollarına, avqust ayında isə 2 % artaraq 1,1 milyard ABŞ dollarına çatıb.


SON XƏBƏRLƏR