2025-ci il iyulun 1-i vəziyyətinə Dövlət Sosial Müdafiə Fondunda 1103,3 min nəfər pensiyaçı qeydiyyatda olub.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Bu da ölkə əhalisinin 10,8 faizini təşkil edir. Onların 64,6 faizi yaşa, 23,0 faizi əlilliyə, 12,4 faizi isə ailə başçısını itirməyə görə pensiya alır.
Təyin olunmuş pensiyaların orta aylıq məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,5 faiz, cari ilin əvvəli ilə müqayisədə isə 8,4 faiz artaraq 538,1 manat təşkil etmiş və orta aylıq əməkhaqqının 49,0 faizinə bərabər olub.
Qeyd edilib ki, cari ilin yanvar-iyun aylarında pensiya və müavinətlərin maliyyələşdirilməsinə yönəldilmiş vəsaitin məbləği ötən ilin müvafiq dövrünə nisbətən 9,5 faiz artırılaraq 3628,1 milyon manata çatdırılıb.. Sərf olunmuş vəsaitin 97,8 faizini pensiya xərcləri təşkil edib.