Bu şəxslər Azərbaycan vətəndaşlarıdır və aydın məsələdir ki, Cinayət Məcəlləsinin hansısa bir maddəsini pozurlarsa, onlar haqqında hüquqi tədbir görülməlidir”.
Bakıvaxtı.az xəbır verir ki, bunu Demokrat.az-a açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib. O bildirib ki, Azərbaycan həmin şəxslərin təhvil verilməsini bu yolla tələb edə bilər:
“Hüquqi tədbirlərdən biri də istintaqın aparılıb məhkəməyə müraciət edilməsidir. Məhkəmə qiyabi cəza qəbul edə bilər. Bundan sonra isə Azərbaycan beynəlxalq təşkilatlara müraciət edərək, yaxud onların yerləşdiyi ölkələrin rəsmi dairələrinə müraciət edərək, onlar haqqında məhkəmə qərarını təqdim etməklə onların Azərbaycana təhvil verilməsini tələb edə bilər. Hər kəs qanun və hüquq qarşısında öz məsuliyyətini hiss etməlidir. Dövlətə qarşı cinayətlərin edilməsi hüquqi qiymətdən kənarda qala bilməz”.
Qeyd edək ki, xaricdə yaşayan blogerlər Qurban Məmmədov, Tural Sadıqlı və Orxan Ağayevin ayrı-ayrılıqda barələrində aparılan cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Məlumata görə, istintaqa gəlmədikləri halda, Azərbaycan Cinayət Məcəlləsinin müvafiq maddəsinə əsasən Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən toplanmış materiallar məhkəməyə göndərilə bilər. Bu halda onlar haqqında qiyabi hökm və ya digər yekun məhkəmə qərarı çıxarılması mümkündür.