• Bakı 26° C

    4.18 m/s

  • USD - 1.7

    EUR - 1.9827

    RUB - 2.1317

İmişlidə tələbə atasına görə adam öldürdü

HADİSƏ

15 Avqust 2025 | 19:11

İmişlidə tələbə atasına görə adam öldürdü

İmişlidə həmkəndlisini öldürməkdə təqsirləndirilən Fərid Allahverdiyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, bu gün Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Neymət Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, təqsirləndirilən Fərid Allahverdiyev 12 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə bu il yanvar ayında İmişlidə baş verib. Təqsirləndirilən Fərid Allahverdiyev həmkəndlisi Vüsal Allahverdiyevi atasını təhqir etdiyini əsas gətirərək kafedə bıçaqlayıb. Vüsal Allahverdiyev xəstəxanaya aparılsa da, onu xilas etmək mümkün olmayıb.

Məşhur aktrisanın keçmiş əri güllələndi
Dağlıq ərazidə baş verən yanğınlar tam söndürüldü -VİDEO
İnterpolun axtardığı Azərbaycan vətəndaşı Gürcüstanda TUTULDU
F.Allahverdiyevə Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb. O, Lənkəran Dövlət Universitetinin tələbəsi olub.


SON XƏBƏRLƏR