• Bakı 21° C

    9.08 m/s

  • USD - 1.7

    EUR - 2.0014

    RUB - 2.0565

DİQQƏT! Sumqayıtda qazın verilişində fasilə olacaq

CƏMİYYƏT

09 Sentyabr 2025 | 18:48

DİQQƏT! Sumqayıtda qazın verilişində fasilə olacaq

Sentyabrın 10-da Sumqayıt şəhərində qaz təchizatında məhdudiyyət olacaq. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Azəriqaz İB" Sumqayıt QİS-dən bildirilib.

Belə ki, 18-ci mikrorayon və Yaşıl Dərənin bir hissəsində 89 millimetrlik orta təzyiqli qaz xəttində sızmaların aradan qaldırılması ilə əlaqədar olaraq 1 200 abonentin qaz verilişi dayandırılacaq. 

İşlər başa çatdıqdan sonra qaz təchizatı bərpa ediləcək.


SON XƏBƏRLƏR