• Bakı 13° C

    3.73 m/s

  • USD - 1.7

    EUR - 1.9811

    RUB - 2.2291

Külək güclənəcək - Sarı və narıncı xəbərdarlıq

CƏMİYYƏT

09 Oktyabr 2025 | 16:33

Külək güclənəcək - Sarı və narıncı xəbərdarlıq

Oktyabrın 10-da Bakıda və Abşeron yarımadasında, eyni zamanda bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.

Bu barədə Bakıvaxtı.az-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Məlumata görə, Şəki, Oğuz, İsmayıllı, Yevlax, Bərdə, Tərtər, Mingəçevir, Daşkəsən, Goranboy, Naftalan, Göyçay, Zərdab və Ağdaşda narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək.

Bakıda və Abşeron yarımadasında, eyni zamanda ölkənin digər bölgələrində isə sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.


SON XƏBƏRLƏR

07 Dekabr 2025