• Bakı 18° C

    8.18 m/s

  • USD - 1.7

    EUR - 1.9122

    RUB - 2.1087

Dövlət başçısı: Macarıstan-Azərbaycan əlaqələri uğurla inkişaf edir

SİYASƏT

20 May 2025 | 15:42

Dövlət başçısı: Macarıstan-Azərbaycan əlaqələri uğurla inkişaf edir

Macarıstana mən tez-tez gəlirəm.

Bakıvaxtı.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Macarıstan Baş naziri Viktor Orbanla mətbuata bəyanatında bildirib.

Azərbaycan Prezidenti deyib ki, son dəfə Macarıstana 2023-cü ildə gəlib: “Siz də Azərbaycana tez-tez gəlirsiniz. Son səfəriniz keçən ilin noyabr ayında olmuşdu. Bu onu göstərir ki, aramızda olan təmaslar müntəzəm xarakter daşıyır. Macarıstan-Azərbaycan əlaqələri uğurla inkişaf edir. Biz dost ölkələrik. Bu gün məhdud tərkibdə keçirilən görüşdə də gördük ki, bir çox məsələlər üzrə mövqelərimiz üst-üstə düşür. Bu gün dəyişən dünyada gedən proseslərə nəzər saldıqda yenə də mövqelərimizdə elə böyük fərq yoxdur”.


SON XƏBƏRLƏR