• Bakı 17° C

    10.15 m/s

  • USD - 1.7

    EUR - 1.8199

    RUB - 0.0182

Dövlət Xidməti: Amaras monastırında monitorinqlər aparılıb

Gündəm

18 Aprel 2024 | 11:29

Dövlət Xidməti: Amaras monastırında monitorinqlər aparılıb

Qarabağdakı tarixi-mədəni abidələrdə 2020-ci ildən başlayaraq, eləcə də 2023-cü ildə həyata keçirilən anti-terror tədbirlərindən sonra Dövlət Xidmətinin əməkdaşları tərəfindən monitorinqlər aparılıb.

Bakıvaxtı.az xəbər verir ki, bunu jurnalistlərə açıqlaması zamanı Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva deyib.

    Xidmət rəisi bildirib ki, siyahıda olan 705 abidədən yalnız 163-də hələlik monitorinq aparılmayıb: “Bu da onların yerləşdiyi ərazilərə görədir. Çünki həm relyef baxımından, həm də digər təhlükəsizlik məsələlərinə görə orada hələ ki monitorinq aparmaq mümkün deyil".

    Səbinə Hacıyevanın sözlərinə görə, 2023-cü ilin sentyabrındakı anti-terror tədbirlərindən sonra bir çox tarixi-mədəni abidələrdə olduğu kimi, Amaras monastırında da monitorinq aparılıb.


    SON XƏBƏRLƏR