• Bakı 12° C

    13.09 m/s

  • USD - 1.7

    EUR - 1.8297

    RUB - 0.0185

Dövlət xidmətlərinin elektronlaşdırılması sahəsində yeni mərhələ

CƏMİYYƏT

26 Aprel 2024 | 11:46

Dövlət xidmətlərinin elektronlaşdırılması sahəsində yeni mərhələ

"Ölkəmizdə informasiya ve kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi, xüsusən də dövlət xidmətlərinin elektronlaşdırılması sahəsində yeni bir mərhələ başlanıb".

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov “Elektron tibbi arayış” xidmətinin təqdimatı zamanı bildirib.

O, səhiyyə sahəsində rəqəmsallaşdırılmanın, tibdə innovativ texnologiyaların tətbiqi prosesinin əhəmiyyətindən də danışıb:

"Hazırda TƏBİB-in tabeli tibb müəssisələrində ən çox müraciət olunan arayışlar işə, təhsil müəssisələrinə qəbul zamanı və sürücülük vəsiqəsi əldə etmək üçün tələb olunan tibbi arayışlardır.

2023-cü ərzində 28 893 nəfərə "Ali məktəblərə kolleclərə liseylərə daxil olan abituriyentlər və işə qəbul olunanlar üçün", 4 404 nəfərə isə "Sürücülüyə yararlı olmaq barədə" tibb arayış təqdim olunub”.

V.Qədirov bildirib ki, uzun müddət TƏBİB-in Daxili işlər, Əmək və əhalinin sosial müdafiəsi nazirlikləri ilə əməkdaşlığı çərçivəsində artıq elektron arayışlar müvafiq alt sistemlərə inteqrasiya olunub.

“Hazırda Elm və Təhsil Nazirliyi ilə ali məktəblərə, kolleclərə, liseylərə qəbul olunan
abituriyentlər üçün də sağlamlıq arayışları elektronlaşdırlır", - deyə Vüqar Qurbanov əlavə edib.

Günəş Mərd


SON XƏBƏRLƏR

06 May 2024