• Bakı 23° C

    12.41 m/s

  • USD - 1.7

    EUR - 1.9428

    RUB - 2.3188

Döyülərək öldürülən Turalın anası DANIŞDI: "Qız üstündə..." - FOTOLAR

CƏMİYYƏT

22 Iyun 2026 | 12:12

Döyülərək öldürülən Turalın anası DANIŞDI: Qız üstündə... - FOTOLAR

“Oğlum qız üstündə öldürülməyib”.

Bunu Mingəçevirdə tanışı tərəfindən döyülərək öldürülən 35 yaşlı Tural Bəhmənlinin anası Gülsəba Bəhmanova Bakıvaxtı.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Vətən müharibəsinin iştirakçısı olan oğlu Tural 20 nömrəli məktəbdə gözətçi işləyirmiş. Ana deyir ki, hadisədən əvvəl oğlu bazarlıq edib evə gətirib:

“Daha sonra işə getdi. Arada zəng vurub hal-əhval tuturdu”.

Dediyinə görə, axşam saatlarında gəlini Turalın xəstəxanaya aparıldığnı bildirib:

“Dedilər Tural dalaşıb. Xəstəxanaya getdik. Amma...”

G.Bəhmənova hadisə ilə bağlı yayılan məlumatlara da aydınılıq gətirib:

“Eşitdim ki, deyirlər, guya onu öldürən adamın qızını istəyirmiş. Guya biz qızın evinə də getmişik, amma razılıq olmayıb. Yalandır. Tural bir dəfə evdə o qızla bağlı söhbət açdı. Amma bildirdim ki, qız uşaqdı, 18-19 yaşı var. Oğlum isə 34 yaşındadı”.

Ana oğlunun Rusiyaya getmək istədiyini də deyib:

“Deyirdi, evimizin, işimizin vəziyyəti yaxşı deyil, gedim işləyim, sonra həyatımı quraram. Deyirdi ki, hələ qız barədə düşünmürəm. Başqa nə problem olubsa, bilmirəm”.

Xatırladaq ki, Mingəçevirdə mübahisə ölümlə nəticələnib.

Bakıvaxtı.az xəbər verir ki, hadisə gecə saatlarında Mingəçevir şəhərindəki kafelərdən birinin qarşısında baş verib.

Belə ki, 51 yaşlı Rafiq Məmmədov aralarında yaranmış mübahisə zəminində 35 yaşlı Tural Bəhrəmlini döyərək xəsarət yetirib. Xəstəxanaya yerləşdirilən T.Bəhrəmli aldığı xəsarətlərdən orada ölüb.

R.Məmmədov polis əməkdaşkarı tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Araşdırma aparılır.

Murad İsmayıl


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Iyun 2026