• Bakı 22° C

    2.36 m/s

  • USD - 1.7

    EUR - 1.9286

    RUB - 2.2033

DSX mayoruna hücum edən kikboksçuların ittihamı ağırlaşdırıldı - 11 ilə kimi həbs!

HADİSƏ

29 May 2025 | 10:48

DSX mayoruna hücum edən kikboksçuların ittihamı ağırlaşdırıldı - 11 ilə kimi həbs!

Dövlət Sərhəd Xidmətinin (DSX) mayoru, əməkdar məşqçi Fuad Zeynalovla insidentdən sonra həbs edilən kikboksçuların ittihamı ağırlaşdırılıb.

Bakıvaxtı.az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, ibtidai istintaq zamanı toplanmış sübutlar nəticəsində təqsirləndirilən şəxslər - Elçin Hüseynov, Elnur Həmidov və Musa Əhmədovun əməlində ağır cinayət tərkibi müəyyən olunub.

Onlara Cinayət Məcəlləsinin 221.2.1-ci (bir qrup şəxs tərəfindən və ya təkrarən xuliqanlıq) maddəsindən əlavə, eyni məcəllənin daha ağır - 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə yeni ittiham elan edilib. İdmançılar təqsirli bilinəcəkləri halda 6 ildən 11 ilədək azadlıqdan məhrum edilə bilərlər.

Məlumatı təqsirləndirilən şəxslərdən birinin vəkili Yusif Seyfəlov saytımıza təsdiq edib.

Yaxın günlərdə iş üzrə məhkəmə araşdırması başlanacaq.

Qeyd edək ki, bu ilin yanvarında Xətai rayonunda baş verən hadisə zamanı bir qrup idmançı kikboksinq üzrə əməkdar məşqçi Fuad Zeynalov və onunla birlikdə olan şəxsə hücum edib. Hadisə nəticəsində sonuncunun ağır xəsarət aldığı bildirilib.


SON XƏBƏRLƏR

30 May 2025