Polşa prezidenti Ancey Duda meşə yanğınlarının söndürülməsi və əməliyyatda iştirak etmək üçün xilasetmə qrupu göndərməklə Türkiyəyə kömək etməyə hazır olduğunu bildirib.
Bakıvaxtı.az xarici KİV-ə istinadən xəbər verir ki, Pprezident Duda Baş nazir Mateuş Moraveçkidən yanğın təyyarələrinə və helikopterlərə ehtiyacı olan Türkiyəyə dəstək verməsini xahiş edib. Bu barədə ölkə başçısı Twitter hesabında paylaşım edib.
"Yanğınsöndürənlərimiz tezliklə hadisə yerinə gedəcək",- deyən Duda, Türkiyənin Polşanın köməyinə arxalana biləcəyini vurğulayıb.
















