• Bakı 23° C

    1.69 m/s

  • USD - 1.7

    EUR - 1.9776

    RUB - 1.9766

Ərdoğandan Akşənərə CAVAB

DÜNYA

05 Sentyabr 2021 | 10:02 | Müəllif: Subhan Mahmudov

Ərdoğandan Akşənərə CAVAB

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İYİ Partiyasının rəhbəri Maral Akşənərin İstanbul Böyük Şəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunu Fateh Sultan Məhmədə bənzətməsinə reaksiya verib.

Bakıvaxtı.az xəbər verir ki, Ərdoğan Akşənərin bu bənzətməsini düzgün hesab etməyib.

“Nə deyir Maral xanım? Bizansı fəth edib. Kim? İstanbulun indiki bələdiyyə sədri. Biz İstanbulda bunu görmədikmi? “Zülm 1453-cü ildə başlayıb” sözlərini divarlara yazanları Maral xanım necə müdafiə edir? Onlarla bərabər eyni yolda necə gedə bilir? Dolmabaxça sarayını ofis olaraq istifadə etdiyim yerin qarşısındakı divarlara “Zülm 1453-cü ildə başlayıb” yazan “Gəzi”çilərdi. Maral xanım, sən bu “Gəzi”çilərlə bərabərsən. Yolun açıq olsun”, - Ərdoğan bildirib.(axar.az)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Sentyabr 2026