• Bakı 7° C

    8.37 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Rusiyada kütləvi tədbirlər ləğv edildi

DÜNYA

05 Oktyabr 2021 | 00:16 | Müəllif: Subhan Mahmudov

Rusiyada kütləvi tədbirlər ləğv edildi

Rusiyada koronavirusla bağlı vəziyyətin son dərəcədə gərginləməsi ilə əlaqədar bütün kütləvi tədbirlər ləğv edilib.

Bakıvaxtı.az "Sputnik"ə istinadla xəbər verir ki, bu barədə "Rospotrebnadzor"un rəhbəri Anna Popova bildirib.

"Xatırladım ki, ötən dörd həftədə yoluxmada artım: 36-cıda - mənfi 1%, 37-cidə – müsbət 7%, 38-cidə – müsbət 9% və son bir həftədə - müsbət 14%-dir. Biz kifayət qədər sürətlə artırıq. Kütləvi tədbirlərin keçirilməsi bütün ölkədə dayandırılıb. Bunlar epidemiya prosesinin tendensiyasından asılı olaraq yalnız baş dövlət sanitariya həkiminin fərmanına uyğun olaraq həyata keçirilir", - deyə Popova hökumət yanında Koordinasiya Şurası Rəyasət Heyətinin koronavirusa qarşı mübarizə mövzusunda keçirdiyi iclasda qeyd edib.

Popova bildirib ki, Rusiya Federasiyanın elə bir subyekti yoxdur ki, hazırda orada üç mindən çox insanın iştirakı ilə hansısa tədbir keçirmək mümkün olsun.

"Mindən üç minə qədər - yalnız iki bölgədə. Bunlar epidemioloji prosesin xüsusiyyətləridir", - deyə Anna Popova qeyd edib./Publika.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Noyabr 2026