• Bakı 11° C

    1.71 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Avropa İttifaqı meşələrin qorunması üçün bir milyard avro ayırıb

DÜNYA

03 Noyabr 2021 | 23:54 | Müəllif: Subhan Mahmudov

Avropa İttifaqı meşələrin qorunması üçün bir milyard avro ayırıb

Avropa Komissiyası meşələrin qorunması üzrə qlobal təşəbbüsə 1 milyard avro ayrıldığını elan edib.
Bakıvaxtı.az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen çərşənbə axşamı BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının tərəflərinin Qlazqoda keçirilən 26-cı Konfransında (COP26) çıxış edərkən bildirib.

"Mən Avropa Komissiyasının meşələrin mühafizəsi üzrə qlobal təşəbbüsü üçün 1 milyard avro ayıracağını elan etməkdən məmnunam", - deyə o bildirib. Fon der Lyayen həmçinin söz verib ki, Avropa Komissiyası tezliklə Aİ-nin meşələrin qırılmasına təsiri məhdudlaşdırmalı olan direktiv təqdim edəcək. "Aİ bazarlarına daxil olan məhsullar meşələrin qırılmasına səbəb olmamalıdır", - deyə o vurğulayıb.

Qeyd edək ki, bazar günü işinə başlayan COP26 konfransı noyabrın 12-dək davam edəcək. Konfransda 200-ə yaxın ölkədən nümayəndə heyəti iştirak edir, onlardan 120-si ən yüksək səviyyədə təmsil olunur. Azərbaycan konfransda ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunur.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026