Türkiyənin keçmiş Turizm və Dövlət naziri, AK Partiya sədrinin müşaviri Güldal Akşit vəfat edib.
Bakıvaxtı.az-ın “CNN Türk”ə istinadən məlumatına görə, G.Akşit Ankarada müalicə aldığı xəstəxanada dünyasını dəyişib. Daxili işlər naziri Süleyman Soylu Akşitin bir müddətdir koronavirusdan müalicə olunduğunu və intubasiya edildiyini bildirib.
















