• Bakı 16° C

    3.18 m/s

  • USD - 1.7

    EUR - 1.9093

    RUB - 1.9998

Almaniyada müsəlman məzarları dağıdıldı

DÜNYA

02 Yanvar 2022 | 11:46 | Müəllif: Subhan Mahmudov

Almaniyada müsəlman məzarları dağıdıldı

Almaniyanın Şimali Reyn-Vestfaliya federal əyalətinin İzerlon şəhərindəki müsəlman qəbiristanlığında 20 məzar naməlum şəxs və ya şəxslər tərəfindən dağıdılıb.

Bakıvaxtı.az report-a istinadən xəbər verir ki, Almaniyada müsəlman qəbiristanlıqlarına hücumlar davam edir. Naməlum şəxs və ya şəxslər müsəlman qəbiristanlığına hücum edib. Şəhərin girişində yerləşən qəbiristanlıqdakı 100-dən çox qəbiristanlıqdan 20-si dağıdılıb.

Əraziyə prokurorluq və polis əməkdaşları çağırılıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparıblar.

Müsəlmanların məzarlarının Yeni il axşamı yerli vaxtla gecə saat 01:30 və ya 02:00 radələrində baş verdiyi təxmin edilir.

Sakinlər dağıdılan qəbirləri düzəltməyə başlayıblar. Türkiyənin Xarici İşlər Nazirliyi hadisəni pisləyib və cinayətkarların müəyyənləşdirilərək cəzalandırılmasını istəyib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR