Britaniyada sağaldıqdan sonra da Omikronun az məlum olan bəzi simptomları var ki, ötüb keçmədiyi müşahidə edilir.
Bakıvaxtı.az xəbər verir ki, “Daily Express”qəzetində yer alan bu mövzuda yazıda söhbət kürək-bel ağrısı və başgicəllənmədən gedir.
Məqalədə Omikrona yoluxmuş insanlarda kürəkdə və beldə yaranan əzələ ağrılarının Delta ilə xəstələnənlərə nisbətən daha çox olduğu vurğulanır: “Bu xəstələrin əksəriyyətində bel nahiyəsində dözülməz ağrılar olur və bu da ümumi narahatlığı daha da artırır”.
Məqalədə həmçinin qeyd olunur ki, sağalmış bir sıra xəstələrdə bu əlamət hələ uzun müddət davam edir (aztibb.az)
Başgicəllənməyə gəldikdə, bu simptom nadir hallarda baş verir. Məqalədə bu əlamət uzun sürən post-COVID sindromunun simptomu kimi göstərilir.
















