Gürcüstanda polis əməkdaşları ölkədə qanunsuz yaşayan əcnəbilərə qarşı genişmiqyaslı reydlər keçirib.
Bakıvaxtı.az xəbər verir ki, əməliyyatlar nəticəsində 64 xarici ölkə vətəndaşı saxlanılıb.
Saxlanılanlar arasında Rusiya, Türkiyə, Azərbaycan, Çin, Hindistan, Pakistan və digər ölkələrin vətəndaşları da var.
Saxlanılan şəxslər müvəqqəti saxlama mərkəzinə yerləşdiriliblər. Onların Gürcüstandan deportasiya edilməsi ilə bağlı müvafiq prosedurlara başlanılıb.
















