• Bakı 16° C

    1.51 m/s

  • USD - 1.7

    EUR - 1.8992

    RUB - 2.0276

Laçında mebel istehsalının dəyəri artıb

İQTİSADİYYAT

10 Oktyabr 2026 | 17:08 | Müəllif: Gülşən Şərif

Laçında mebel istehsalının dəyəri artıb

2025-ci ildə Laçın rayonunda 83,5 min manat dəyərində mebel istehsal edilib.

Bakıvaxtı.az-ın Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilə nisbətən 31 dəfə çoxdur.

Hesabat dövründə Laçında 59 milyon 539,7 min manat (8,2 % az) dəyərində sənaye məhsulu (işlər, xidmətlər) istehsal edilib. Onun 47 milyon 227,8 min manatı (6,6 % az) elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatının, 7 milyon 617,5 min manatı (15,6 % çox) mədənçıxarma sənayesinin, 4 milyon 624,2 min manatı (39 % az) emal sənayesinin, 70,2 min manatı (21,2 % çox) su təchizatı, tullantıların təmizlənməsi və emalının payına düşüb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR