• Bakı 22° C

    6.67 m/s

  • USD - 1.7

    EUR - 1.9353

    RUB - 2.0073

Bayden Zelenski ilə telefon söhbətindən danışıb

DÜNYA

01 Fevral 2022 | 01:27 | Müəllif: Qalib İbrahimoğlu

Bayden Zelenski ilə telefon söhbətindən danışıb

ABŞ Prezidenti Cozef Bayden Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışığının məhsuldar keçdiyini bildirib.

Bakıvaxtı.az-ın məlumatına görə, bu barədə report xarici mətbuata istinadən xəbər verir.

“Prezident Zelenski ilə məhsuldar söhbətimiz oldu və biz diplomatik əlaqələri mütəmadi davam etdiririk”, - Amerika lideri jurnalistlərə deyib.

Qeyd edək ki, prezidentlərin telefon danışığı ötən həftə baş tutub. Ukrayna Prezidenti Volodimir Zelenski də bildirib ki, ABŞ Prezidenti Cozef Baydenlə telefonla diplomatik gərginliyin azaldılması səyləri və birgə tədbirlər, habelə Ukraynaya maliyyə dəstəyi imkanlarını müzakirə edib. Onun sözlərinə görə, dövlət başçıları gərginliyin azaldılması üçün davam edən diplomatik səyləri müzakirə ediblər və gələcək üçün birgə hərəkətlər barədə razılığa gəliblər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR