Kanadanın Baş naziri Kastin Trüdo koronavirusa yoluxub.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə o, “Twitter” səhifəsində paylaşıb. Özünü yaxşı hiss etdiyini yazan Baş nazir məsafədən işləyəcəyini qeyd edib.
“Özümü yaxşı hiss edirəm və müvafiq qaydalara riayət etməklə bu həftə məsafədən işləməyə davam edəcəyəm” deyən Trüdo, hər kəsi koronavirusa qarşı peyvənd olunmağa çağırıb.
















