• Bakı 10° C

    2.81 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Ağdamda sənaye məhsullarının dəyəri artıb

İQTİSADİYYAT

10 Oktyabr 2026 | 14:17 | Müəllif: Gülşən Şərif

Ağdamda sənaye məhsullarının dəyəri artıb

2025-ci ildə Ağdam rayonunda 1 milyard 2 milyon 670,3 min manat dəyərində sənaye məhsulu (işlər, xidmətlər) istehsal edilib.

Bakıvaxtı.az-ın Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilə nisbətən 17,4 dəfə çoxdur.

Bunun 973 milyon 26,5 min manatı (29,4 dəfə çox) emal sənayesinin, 20 milyon 545,5 min manatı (15,6 % çox) elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatının, 7 milyon 571,7 min manatı (66,3 % çox) mədənçıxarma sənayesinin, 1 milyon 526,6 min manatı (29 % az) su təchizatı, tullantıların təmizlənməsi və emalının payına düşüb.

Hesabat dövründə rayon ərazisində 13 milyard 474,2 milyon ədəd siqaret (istehsal olmayıb), 75 ədəd üstü geyim (olmayıb), 240,7 min cüt ayaqqabı (2,2 dəfə çox), 169,2 min ton beton (27,8 % az), 2 min 790 ədəd döşək (8 dəfə çox) istehsal edilib.

2025-ci ildə Qarabağ iqtisadi rayonunda (Ağcabədi, Ağdam, Ağdərə, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa, Tərtər rayonları, Xankəndi şəhəri) cəmi 1 milyard 328 milyon 598,1 min manatlıq (4,2 dəfə çox) sənaye məhsulu istehsal edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026