Ermənistanda son sutkada daha 27 nəfərdə COVID-19 aşkarlanıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi məlumat yayıb.
Bildirilib ki, bununla da Ermənistanda virusa yoluxanların sayı 345 007-yə çatıb.
Ölkədə son 24 saat ərzində daha 2 nəfər virusdan ölüb. Ermənistanda koronavirusdan ölənlərin sayı 7 977-yə yüksəlib.
















