Qazaxıstanın cənubunda yerləşən Taraz şəhərində Yeni il yolkası yanıb.
Bakıvaxtı.az Rusiya mətbuatına istinadən bildirir ki, hadisə yeni ilin ilk dəqiqələrində - yanvarın 1-də saat 00:06-da Şəhər Meydanında baş verib.
Belə ki, şəhərin baş yolkası naməlum səbəbdən alışmağa başlayıb. 15 dəqiqə sonra söndürülən yanğında xəsarət alan olmayıb.
















