• Bakı 10° C

    5.49 m/s

  • USD - 1.7

    EUR - 1.8707

    RUB - 2.0606

CAR-ın parlamenti YANIR - VİDEO

DÜNYA

02 Yanvar 2022 | 10:57 | Müəllif: Qalib İbrahimoğlu

CAR-ın parlamenti YANIR - VİDEO

Cənubi Afrika Respublikasının paytaxtı Keyptaun şəhərində yerləşən parlamentin binasında yanğın başlayıb.

Bakıvaxtı.az xarici mətbuata istinadən xəbər verir ki, yanğını söndürmək üçün əraziyə əlavə qüvvələr cəlb edilib. Yanğının lokallaşdırılması mümkün deyil.

Şəhərin yanğınsöndürmə və xilasetmə xidmətinin rəhbəri Cermeyn Karels “News24” portalına bildirib ki, yanğın nəticəsində damdakı bitum da əriyir:

“Bu da vəziyyətin ciddiliyindən xəbər verir. Həmçinin binanın bəzi divarlarının çatladığı, uçma ehtimalının olduğu barədə məlumatlar var”./report/


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Noyabr 2026