• Bakı 13° C

    6.56 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Putin və Makron arasında telefon danışığı oldu

DÜNYA

31 Yanvar 2022 | 23:42 | Müəllif: Qalib İbrahimoğlu

Putin və Makron arasında telefon danışığı oldu

Rusiya Prezidenti Vladimir Putin fransalı həmkarı Emmanuel Makronla növbəti telefon danışığı aparıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat ayıb.

Qeyd olunub ki, telefon danışığı zamanı Ukrayna ətrafındakı vəziyyət, Rusiyaya uzunmüddətli, hüquqi cəhətdən təmin edilmiş təhlükəsizlik zəmanətlərinin verilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi davam etdirilib.

Rusiya Prezidenti bu problemlərə fundamental yanaşmaları bir daha ətraflı şəkildə qeyd edib.

Liderlər telefonla gələcək təmaslar, eləcə də Rusiya və Fransa prezidentləri arasında şəxsi görüşün keçirilməsi imkanlarının operativ öyrənilməsi barədə razılıq əldə ediblər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR