• Bakı 25° C

    5.27 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

Kaxa Kaladze yetərli səs toplamadı

DÜNYA

04 Oktyabr 2021 | 18:38 | Müəllif: Subhan Mahmudov

Kaxa Kaladze yetərli səs toplamadı

Gürcüstanın paytaxtı Tbilisiyə mer seçkiləri ilə bağlı 769 məntəqənin hamısında səslərin sayılması prosesi yekunlaşıb.

Bakıvaxtı.az xəbər verir ki, nəticələrə əsasən, hakim Gürcü Arzusu Partiyasının namizədi Kaxa Kaladze 45,04 % səs əldə edib.

Müxalif Vahid Milli Hərəkat Partiyasının namizədi Nika Meliya 33,96 %, “Gürcüstan naminə” partiyasının namizədi, keçmiş baş nazir Giorgi Qaxariya isə 9,36 % səs toplayıb.

Bununla mer seçkilərinin II mərhələsi qaçılmaz olub. Bu turda mübarizə K.Kaladze və N.Meliya arasında gedəcək. Səs çoxluğu qazanacaq namizəd mer seçiləcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Sentyabr 2026