• Bakı 13° C

    8.31 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Təhlükəli viruslardan qorunma üsulu aşkarlanıb

DÜNYA

05 Oktyabr 2021 | 00:50 | Müəllif: Subhan Mahmudov

Təhlükəli viruslardan qorunma üsulu aşkarlanıb

Aparılan yeni tədqiqatlar nəticəsində məlum olub ki, siçanların və meymunların orqanizmində virusların yayılmasının qarşısını ala biləcək xüsusi zülal əmələ gətirən gen var.

Bakıvaxtı.az xəbər verir ki, “retroCHMP3” adını alan genetik mutasiya əsasında virus əleyhinə misli görünməmiş effektliliyə malik yeni preparat hazırlamaq və hətta insanları mutasiya nəticəsində əmələ gələn genlə - təhlükəli yoluxucu xəstəliklərə qarşı anadangəlmə immunitetlə təmin etmək mümkündür.

Alimlərin sözlərinə görə, genetik mutasiya müəyyən virusları hüceyrə membranının içində saxlayaraq, onların yayılmasının qarşısını alır. İnsanlarda “CHMP3” geni var, lakin onun “retro” variantı yoxdur. Qeyd olunub ki, yeni kəşf təhlükəli viruslardan müdafiəni tam təmin edəcək.

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026