• Bakı 10° C

    4.63 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Saakaşvili Tiflisə bu yolla gəlib - Baş Prokurorluq

DÜNYA

04 Oktyabr 2021 | 18:20 | Müəllif: Subhan Mahmudov

Saakaşvili Tiflisə bu yolla gəlib - Baş Prokurorluq

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili dövlət sərhədini sentyabrın 29-da qanunsuz keçib.

Bakıvaxtı.az report-a istinadən xəbər verir ki, bu barədə ölkənin Baş Prokurorluğu məlumat yayıb.

Bildirilib ki, siyasətçi sərhədi keçəndən sonra iki ittiham olunan şəxs öz avtomobillərində onu Sameqrelo bölgəsində bir kəndə aparıblar. Daha sonra M.Saakaşvili Tiflisə yollanıb və Elquca Tsomaya adlı vətəndaşın mənzilində məskunlaşıb. O, okyabrın 1-də həmin ünvanda saxlanılıb.

Qeyd edək ki, E.Tsomaya ilə bağlı həbs qətimkan tədbiri seçilib. Yaxalanan daha iki şəxsin ata-oğul olduğu məlum olub. Yeli mətbuatın yazdığına görə, həmin şəxslər Poti şəhərinin sakinləridir və limanda çalışıblar. Hər üç şəxs cinayəti gizlətməkdə ittiham olunur, onları 5 ilədək müddətə həbs gözləyir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026