• Bakı 11° C

    5.18 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 2.0422

ABŞ-da universitetdə silahlı insident

DÜNYA

04 Sentyabr 2021 | 23:45 | Müəllif: Subhan Mahmudov

ABŞ-da universitetdə silahlı insident

ABŞ-ın Merilend ştatının Baltimor şəhərində atışma olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə şəhər polisi məlumat yayıb.

Məlumata görə, hadisə Tausonov universitetində qeydə alınıb. Atışma zamanı 3 nəfər xəsarət alıb.

“Universitetin kampusu ərazisində (atışma zamanı-red) üç nəfər xəsarət alıb. Polis təhqiqat aparır”, - polisin tvitterdəki səhifəsində bildirilir.

Universitet rəhbərliyinin məlumatına görə, xəsarət alanların həyatı üçün təhlükə yoxdur. Bundan əlavə, hadisə zamanı yaralananlardan yalnız bir qız təhsil müəssisəsinin tələbəsidir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR