• Bakı 21° C

    4.69 m/s

  • USD - 1.7

    EUR - 1.9093

    RUB - 1.9998

Gürcüstan Saakaşvilini Ukraynaya təhvil verməyəcək

DÜNYA

04 Oktyabr 2021 | 15:55

Gürcüstan Saakaşvilini Ukraynaya təhvil verməyəcək

Gürcüstan keçmiş prezident Mixail Saakaşvilini Ukrayna tərəfinə vermək istəmir.

Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, bunu Gürcüstanın baş nazirinin müavini, mədəniyyət, idman və gənclər naziri Teya Tsulukiani deyib.

Onun sözlərinə görə, siyasətçi həbs müddətini Gürcüstan həbsxanasında çəkəcək.

"Saakaşvilinin Ukraynadakı Gürcüstan məhkəməsi tərəfindən ona verilən həbs müddətini çəkməsi üçün Ukraynaya təhvil verilməsindən danışırıqsa, bunu etmək istəmirik. Bunun üçün hüquqi məqsədəuyğunluq yoxdur" - deyə, nazir bildirib.

Tərcümə şöbəsi

Bakıvaxtı.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Oktyabr 2026
10 Oktyabr 2026