Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi Ərəb koalisiyasının hava hücumundan müdafiə qrupları "Ənsar Allah" Yəmən hərəkatının (husilər) minalanmış üç pilotsuz uçuş aparatını dəf edib.
Bakıvaxtı.az-ın məlumatına görə, bu barədə Al Arabia telekanalı xəbər yayıb.
Məlumata əsasən, partlayıcı ilə dolu PUA-lar Yəmən ərazisindən buraxılıb və krallıq ərazisindəki obyektləri hədəfləyib.
















