Real Aikido və Ju Jitsu Döyüş Sənətləri Akademiyasının prezidenti, 5-ci Dan qara kəmər sahibi Ramin Eminlinin rəhbərliyi ilə Azərbaycanda növbəti beynəlxalq Real Aikido seminarı təşkil olunub.
Bakıvaxtı.az xəbər verir ki, seminarda Dünya Real Aikido Federasiyasının prezidenti, 7-ci Dan qara kəmər sahibi Sanja Vraçareviç və federasiyanın baş məşqçisi, 5-ci Dan qara kəmər sahibi Duşan Metroviç iştirak edərək ustad dərsləri keçiblər.
Tədbirdə 150-yə yaxın idmançı iştirak edib. Seminar çərçivəsində iştirakçılar Kyu və Dan sistemləri üzrə imtahan verərək bilik və bacarıqlarını nümayiş etdiriblər. İmtahanlar 5-ci Kyu sarı kəmərdən başlayaraq 2-ci Dan qara kəmərə qədər müxtəlif səviyyələri əhatə edib.
İdmançılar müxtəlif yaş qruplarında uğurla imtahan verərək yeni kəmərlər qazanıblar.
Seminar bir daha göstərdi ki, Azərbaycanda Real Aikido idman növünə maraq artır və bu sahənin inkişafı istiqamətində görülən işlər öz müsbət nəticələrini verməkdədir.
Bakı 




