• Bakı 16° C

    4.99 m/s

  • USD - 1.7

    EUR - 1.8246

    RUB - 0.0185

Dünyanın ən bahalı evi satılır - FOTOLAR

DÜNYA

25 Aprel 2024 | 14:57

Dünyanın ən bahalı evi satılır - FOTOLAR

Paris yaxınlığında yerləşən “Armenvilliers” qalası (Château d'Armainvilliers) yeni alıcısını gözləyir. 

Bakıvaxtı.az “Haberturk”ə istinadən bildirir ki, Parisin mərkəzinə təxminən 40 kilometr məsafədə yerləşən Chateau d'Armainvilliers 425 milyon avroya satışa çıxarılıb.

Köklü bir tarixi olan “Armenvilliers” qalası 2500 hektar ərazidə yerləşir və 100 otağı var. Otaqların 17-si müxtəlif tematik yataq otaqlarından ibarətdir. Bundan başqa, 36 müxtəlif binadan ibarət daşınmaz əmlaka 50 atın yerləşə biləcəyi dəbdəbəli anbar və işçilər üçün ayrı binalar daxildir.

Qala uzun illər Rotşildlər ailəsinə ev sahibliyi edib. 1980-ci illərdə Mərakeş kralı II Çarlz Həsən tərəfindən alınıb. Onun 1999-cu ildə ölümündən sonra mülk oğluna miras qalıb və 2008-ci ildə 200 milyon avroya satılıb. Qəsri 2008-ci ildə Yaxın Şərqdən olan şəxsin aldığı bildirilsə də, bu şəxsin adı açıqlanmayıb.

İddiaya görə, hazırda qalanın Şərqi Avropa, Yaxın Şərq və Monqolustandan alıcıları var.

Gülşən Şərif


SON XƏBƏRLƏR

04 May 2024