• Bakı 24° C

    4.74 m/s

  • USD - 1.7

    EUR - 1.9357

    RUB - 2.0145

Dünyanın ən güclü zəlzələləri - Minlərlə insan tələfatı, yerlə yeksan olan şəhərlər... - FOTOLAR

CƏMİYYƏT

06 Fevral 2023 | 11:57 | Müəllif: Qalib İbrahimoğlu

Dünyanın ən güclü zəlzələləri - Minlərlə insan tələfatı, yerlə yeksan olan şəhərlər... - FOTOLAR

Xəbər verdiyimiz kimi, Türkiyədə güclü zəlzələ olub.

Bakıvaxtı.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 7,4 bal gücündə baş verən yeraltı təkan nəticəsində 284 nəfər ölüb, 2323 yaralı var. 1710 nəfər isə dağıntılar altında qalıb.

Qeyd edək ki, bu, Türkiyə tarixində ən güclü zəlzələlərdən sayılır. Qardaş ölkədə daha çox insan tələfatı, dağıntı olan zəlzələ 1999-cu il avqustun 17-də baş verib. Belə ki, həmin gün İzmitdə baş verən zəlzələnin gətirdiyi fəlakətlər daha böyük olub. Avqustun 17-də baş verən 7,6 bal gücündə zəlzələ zamanı rəsmi məlumatlara görə, 17 217 nəfər ölüb, 43 959 nəfər yaralanıb, 500 min nəfər isə evsiz-eşiksiz qalıb.

Əksər mənbələr zəlzələ nəticəsində azı 40 min nəfərin dünyasını dəyişdiyi və bir o qədərinin də yaralandığı qənaətindədir. Bundan əlavə, 120 min bina tamamilə dağılmışdı və onları yenidən bərpa etmək məqsədəuyğun hesab edilməyib. 50 min bina isə ciddi şəkildə zədələnib. 2000 bina isə çöküb. Zəlzələ nəticəsində Türkiyəyə 25 milyard dollar zərər dəydi.

Bəs dünyada ən güclü zəlzələlər harada, nə vaxt baş verib?

Bakıvaxtı.az-ın məlumatına görə, son 120 ildə dünyada ən güclü yeraltı təkan 1960-cı il mayın 22-də Çilidə baş verib. Santiago və Concepcion şəhərlərində baş vermiş zəlzələnin gücü 9,5 bal olub.

Zəlzələ nəticəsində 5000 nəfər ölüb, 2 milyon nəfər evsiz qalıb. Yeraltı təkandan sonra böyük dalğalar və vulkan püskürməsi qeydə alınıb.

1964-cü il martın 28-dəAlyaskada 9,2 bal gücündə olan zəlzələnin ardınca baş verən sunamidə 125 nəfər ölüb, insanların əmlakına ümumilikdə 310 milyon dollar ziyan dəyib.

2004-cü il dekabrın 26-da İndoneziyada - Sumatra adasında 9.1 bal gücündə zəlzələ baş verib.

Bunun ardınca yaranan sunami İndoneziya, Tailand, Hindistan və Şri-Lankada ümumilikdə 226 min insanın həyatına son qoyub.

1952-ci il noyabrın 4-dəRusiyada  9 bal gücündə zəlzələ baş verib və yaranan sunami Havay adalarına çatıb. Xəsarət alan olmayıb.

2014-cü ilin martın 11-də Yaponiyada baş verən zəlzələnin gücü 8.9 bal olub. Bunun ardınca baş verən sunami yüzlərlə insanın həyatına son qoyub, atom-elektrik stansiyasında partlayışa səbəb olub.

2010-cu il fevralın 27-də Çilidə 8.8 bal gücündə zəlzələ və ardınca sunami 500-dən çox insanı öldürüb. Yüz minlərlə ev, çoxlu sayda yol, körpü dağılıb, fəlakətin vurduğu ziyan 30 milyard dollar təşkil edib.

1906-cı il yanvarın 31-də Ekvador və Kolumbiya sahillərində 8.8 bal gücündə zəlzələ baş verib. Zəlzələnin yaratdığı sunami 1000 nəfərin həyatına son qoyub.

2005-ci il martın 28-də Sumatra adasında 8.7 bal gücündə baş vermiş zəlzələnin qurbanları 1300 nəfər olub.

1957-ci il martın 9-da Alyaskada baş vermiş 8.6 bal gücündə zəlzələ Andreanof adalarını silkələyib. Bunun nəticəsində Umnak adasında Vsevidof dağında 200 ildir yatmış vulkan püskürb.

1950-ci il avqustun 15-də Hindistan və Tibetdə baş vermiş 8.6 bal gücündə zəlzələ nəticəsində 2 min ev, məbəd və məscidi dağıləb. Yeraltı təkan 1500 insanın həyatına son qoyub.

Yeri gəlmişkən, Azərbaycanda da dəfələrlə güclü zəlzələlər olub. 2000-ci il noyabrın 25-də saat 21:30-da Bakıda 6,8 bal gücündə (bəzi məlumata görə, 7,9 bal) zəlzələ olub. Yeraltı təkanlar iki dəfə olmaqla 22 saniyə çəkib. Güclü təkanlar eyni anda Gəncə, Lənkəran və Sumqayıtda da hiss olunub.

Zəlzələnin gücündən deyil, qorxaraq yaşadıqları binalardan özlərini atıb dünyasını dəyişmiş insanlar olub.

Təkanlar nəticəsində Bakıda köhnə evlər zədələnib. Həmin gün gecəni küçədə keçirən insanların yaddaşına həmişəlik həkk olunub.

Xatırladaq ki, Azərbaycanda dəfələrlə dəhşətli zəlzələlər baş verib. Bu təbiət hadisələrindən ən dəhşətliləri Şamaxıda qeydə alınıb. Belə ki, 1667-cil il 6.9 bal gücündə baş verən zəlzələ nəticəsində 80 min insan dünyasını dəyişib. Bu zəlzələ Azərbaycan tarixində ən dəhətli zəlzələ kimi qeyd edilir.

1902-ci il də Şamaxıda 6.9 bal gücündə qeydə alınan yeraltı təkan zamanı şəhərin 2 000 nəfərdən çox sakini həlak olub, minlərlə insan yaralanıb, 20 000 nəfərədək sakin evsiz-eşiksiz qalıb, 4 min yaşayış evi, 8 qədim məscid, 10-dan çox mədrəsə, 40 qədim şərq hamamı, onlarla ticarət obyekti, bazar-dükan dağılaraq yerlə yeksan olub.

1139-cu il Gəncədə 6.3 bal gücündə olan təkan nəticəsində Kəpəz dağı uçaraq Ağsu çayının qarşısını kəsib və Göygöl, Maralgöl, Ceyrangöl, Ördəkgöl, Zalugölü, Ağgöl, Qaragöl və Şamlıgöl yaranıb. Bəzi mənbələrə görə 230 min, bəzilərinə görə isə 300 min insan həlak olub.

1859-cu ildə baş verən 5.9 bal gücündə zəlzələ nəticəsində Şamaxı şəhəri tamamilə dağılıb, buna görə Şamaxı quberniyasının mərkəzi Bakıya köçürülüb və quberniyanın özünün adı da Bakı quberniyası olaraq dəyişdirilib. Zəlzələ nəticəsində 100 nəfər dünyasını dəyişib.

Şamaxıda 1669-cu ildə baş verən  5.7 bal gücündə zəlzələdə isə 7 min insan dünyasını dəyişib.

Şamaxıda növbəti yeraltı təkan 1828-ci il 5.7 bal gücündə qeydə alınıb.

Şamaxıda 5.7 baş gücündə daha bir zəlzələ isə 1872-ci ildə olub. Zəlzələ şəhərdə dağıntılara səbəb olub.

2012-ci ildə Zaqatalada baş verən 5.6 bal gücündə zəlzələ nəticəsində tikililər dağılsa da, xoşbəxtlikdən insan təlafatı qeydə alınmayıb.

Ağdaşda isə 1999-cu ildə 5.4 bal gücündə qeydə alınan zəlzələd  100-dən çox ev dağılıb, xeyli sayda ev qəzalı vəziyyətə düşüb.

Murad Məmmədli


Dünyanın ən güclü zəlzələləri - Minlərlə insan tələfatı, yerlə yeksan olan şəhərlər... - FOTOLARDünyanın ən güclü zəlzələləri - Minlərlə insan tələfatı, yerlə yeksan olan şəhərlər... - FOTOLARDünyanın ən güclü zəlzələləri - Minlərlə insan tələfatı, yerlə yeksan olan şəhərlər... - FOTOLARDünyanın ən güclü zəlzələləri - Minlərlə insan tələfatı, yerlə yeksan olan şəhərlər... - FOTOLARDünyanın ən güclü zəlzələləri - Minlərlə insan tələfatı, yerlə yeksan olan şəhərlər... - FOTOLAR
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Sentyabr 2026