Türkiyə vətəndaşı olan Şəkər Arslan iyunun 27-də 119 yaşı tamam olub.
Bakıvaxtı.az xarici KİV-ə istinadən xəbər verir ki, bu məlumat rəsmi olaraq təsdiqlənərsə, Şəkər Arslan dünyanın ən yaşlı qadını hesab olunacaq.
Qadının yaxınlarının dediyinə görə, ona uzunömürlülük 110 il yaşayan anasından miras qalıb. Sürücülük vəsiqəsində qadının 27 iyun 1902-ci ildə anadan olduğu qeyd olunub. Şəkər Arslanın altı övladı və on iki nəvəsi var.
Qızlarından biri uzunömürlülüyün sirrini anasının qidalanmada təbii məhsullara üstünlük verməsində olduğunu bildirib.
"Hətta doğum günündə də masada bal, pendir, yağ və evdə hazırlanan yoqurd kimi təbii məhsullar olub ", - qızı deyib.

















