• Bakı 16° C

    7.34 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Ərdoğan: “Türkiyə yanğınla mübarizə üçün bütün imkanlarını səfərbər edib"

DÜNYA

29 Iyul 2021 | 22:27 | Müəllif: Subhan Mahmudov

Ərdoğan: “Türkiyə yanğınla mübarizə üçün bütün imkanlarını səfərbər edib"

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan meşə yanğınları ilə bağlı vəziyyəti daim nəzarəti altında saxlayır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ölkənin Prezident Administrasiyasından verilən məlumatda bildirilib.

Qeyd olunub ki, dövlət başçısı ərazidə olan nazirlərlə tez-tez əlaqə saxlayır, yanğınların nəzarət altına alınması üzrə aparılan işlər barədə məlumat alır.

“Həyatını itirən vətəndaşlara Allahdan rəhmət diləyən Prezident Ərdoğan yanğınların nəzarət altına alınması və tamamilə söndürülməsi üçün dövlətin bütün imkanlarını səfərbər etdiyini vurğulayıb, yaraların sarılması üçün vətəndaşların yanında olduğunu ifadə edib”, - deyə məlumatda bildirilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026