• Bakı 12° C

    6.81 m/s

  • USD - 1.7

    EUR - 1.9576

    RUB - 2.1644

“e-sosial” internet portalından 13,8 milyon dəfə istifadə olunub

    CƏMİYYƏT

    26 Noyabr 2025 | 11:11

    “e-sosial” internet portalından 13,8 milyon dəfə istifadə olunub

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “e-sosial” internet portalında qeydiyyatdan keçən aktiv istifadəçilərin sayı 2,7 milyona çatıb.

    Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Bakıvaxtı.az-a verilən məlumata görə, 2019-cu ildə istifadəyə verilən portal ölkənin sosial reyestri olmaqla, vətəndaşlara onlara dair toplanmış bütün sosial məlumatlara (əmək müqaviləsi, fərdi uçot, pensiya kapitalı, sosial təminat və s. üzrə) çıxış və yaranan sosial-əmək hüquqlarının təminatına nəzarət imkanı yaradır.

    “E-sosial” portalı üzərindən pensiya, müavinət, təqaüd, əlillik, reabilitasiya, məşğulluq, iş yeri və s. barədə müxtəlif növdə elektron arayış əldə etmək də mümkündür.

    Bu ilin 10 ayında portaldan 13,8 milyon dəfə istifadə olunub.


    SON XƏBƏRLƏR

    25 Noyabr 2025