• Bakı 31° C

    3.88 m/s

  • USD - 1.7

    EUR - 1.8253

    RUB - 0.0193

Ədliyyə işçilərinə mənzil kirayəsi üçün pul kompensasiyası ödəniləcək

CƏMİYYƏT

25 May 2024 | 18:48

Ədliyyə işçilərinə mənzil kirayəsi üçün pul kompensasiyası ödəniləcək

Prezident İlham Əliyev “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanunda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanununu imzalayıb.

Bakıvaxtı.az xəbər verir ki, qanuna aşağıdakı bənd əlavə olunub:

Ədliyyə orqanlarında xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan və bu səbəbdən kirayə götürülmüş mənzildə yaşayan ədliyyə orqanları işçilərinə və onların ailə üzvlərinə yaşayış məntəqəsindən asılı olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada və məbləğdə mənzil kirayəsi üçün pul kompensasiyası ödənilir.

Bununla yanaşı, qanunda 37.7-ci maddənin ikinci, “Xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan və bu səbəbdən kirayə götürülmüş mənzildə yaşayan penitensiar xidmətin əməkdaşlarına müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və miqdarda kompensasiya ödənilir” cümləsi çıxarılıb.


SON XƏBƏRLƏR

16 Iyun 2024