• Bakı 25° C

    4.61 m/s

  • USD - 1.7

    EUR - 1.9627

    RUB - 2.3231

Əfqanıstana hava hücumu: 13 ölü

DÜNYA

10 Iyun 2026 | 07:54

Əfqanıstana hava hücumu: 13 ölü

Pakistan Əfqanıstanda iki ölkə sərhədi yaxınlığında hava hücumu həyata keçirib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Taliban hökumətinin sözçüsü Zəbihullah Mücahid bildirib.

Məlumata görə, dünən gecə Pakistan ordusu bir daha Əfqanıstanın hava məkanını pozaraq, Kunar, Xost və Paktika əyalətlərində mülki şəxslərin evlərini bombalayıb. Bu hücumlar nəticəsində 11 uşaq, bir qadın və bir yaşlı kişi həlak olub.

Qeyd edək ki, fevral ayının sonunda iki ölkə arasında açıq müharibənin başlamasına səbəb olan ara-sıra baş verən toqquşmalardan sonra sərhəd bölgəsində nisbi sakitlik bərpa olunmuşdu. BMT-nin may ayının ortalarında dərc olunmuş hesabatına görə, 1 yanvar - 31 mart tarixləri arasında baş verən zorakılıqlarda ən azı 372 Əfqanıstan vətəndaşı həlak olub.

Aydın


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Iyun 2026