Əfqanıstanda son 48 saat ərzində güclü qar və şaxta nəticəsində doqquz nəfər ölüb, daha iki nəfər isə xəsarət alıb.
Bakıvaxtı.az Sinxua agentliyinə istinadla xəbər verir ki, bu barədə Əfqanıstan milli fəlakətlərin idarəedilməsi idarəsi məlumat yayıb.
Məlumata görə, qar fırtınası ilə müşayiət olunan şaxtalı hava Əfqanıstanın yeddi əyalətinə təsir edib. Şimaldakı Fəryab əyalətində kəskin hava şəraiti səbəbindən mindən çox mal-qara tələf olub.