ABŞ-nin keçmiş prezidenti Donald Tramp İsraili HƏMAS-a qarşı müharibəyə son qoymağa çağırıb.
Bakıvaxtı.az xəbər verir ki, o bu barədə İsrailin “İsrael Hayom” qəzetinə müsahibəsində bildirib.
“Müharibəyə son qoymalısınız. Buna son qoymaq lazımdır. Bunu etməlisən və əminəm ki, edəcəksən. Biz sülhə nail olmalıyıq. Biz bunun davam etməsinə icazə verə bilmərik”.
Trampın sözlərinə görə, İsrail çox diqqətli olmalıdır, çünki ölkə dünyanın əksər ölkələrinin dəstəyini itirir.
“Siz işi bitirməli və sülhə doğru irəliləməlisiniz. Siz İsrail və hər kəs üçün normal həyatı davam etdirməlisiniz”.
Günəş Mərd














