• Bakı 10° C

    2.48 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

HƏMAS liderinin bacısı İsraildə saxlanılıb

DÜNYA

01 Aprel 2024 | 12:22 | Müəllif: Subhan Mahmudov

HƏMAS liderinin bacısı İsraildə saxlanılıb

İsrailin cənubundakı Tel Şeva bədəvi qəsəbəsində aprelin 1-nə keçən gecə Fələstinin radikal HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin bacısı (adı açıqlanmır) saxlanılıb.

Bakıvaxtı.az xəbər verir ki, o, terror təşkilatı ilə əlaqədə olmaqda və terrorizmə təhrik etməkdə şübhəli bilinir.

İsmayıl Haniyənin 57 yaşlı bacısının tutulması üçün keçirilən əməliyyat “Sübh tezdən” kod adı alıb. Onun evinə baxış zamanı sənədlər, mobil telefonlar, şekel və xarici valyutalar şəklində külli miqdarda vəsait aşkar edilib. Qadın sorğu-sual üçün Negevdəki mərkəzi polis qərargahına aparılıb.

Gün ərzində o, Beer-Şeva məhkəməsinə aparılacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Noyabr 2026