• Bakı 8° C

    4.64 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Bu gündən bu ölkədə küçədə marixuana çəkməyə icazə verilir

DÜNYA

01 Aprel 2024 | 12:25 | Müəllif: Subhan Mahmudov

Bu gündən bu ölkədə küçədə marixuana çəkməyə icazə verilir

Bu gündən kannabis bitkisinin saxlanması və becərilməsi ilə bağlı qanun qüvvəyə minir.

Bakıvaxtı.az xəbər verir ki, yeni qaydalara əsasən, Almaniyada yaşı 18-dən yuxarı olan sakinlər küçədə öz istifadələri üçün marixuana gəzdirə bilərlər (25 qramdan çox olmayaraq). Evdə maksimum üç  çətənə kolu yetişdirmək, yaxud öz ehtiyacları üçün 50 qrama qədər marixuana saxlamağa icazə verilir. Bitkinin adı qadağan olunmuş maddələr siyahısından çıxarılıb.

Artıq ictimai yerlərdə marixuana çəkməyə icazə verilir. Ancaq gündüzlər uşaqların, yeniyetmələrin yanında, o cümlədən uşaq bağçalarının, məktəblərin, uşaq və idman meydançalarının yaxınlığında, piyadaların gediş-gəlişi üçün nəzərdə tutulmuş yerlərdə qadağandır.

Yeni qaydalar alman cəmiyyətində birmənalı qarşılanmayıb. Həmçinin müxalifət,  federal torpaqlarda müxtəlif təşkilatlar marixuananın leqallaşdırılmasına qarşı çıxıblar. Onların fikrincə, yeni qaydalar cinayətlə mübarizəyə mənfi təsir edəcək./oxu.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026