• Bakı 21° C

    3.21 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.1656

"Əgər həqiqətən atəşkəsə nail olunubsa, bunu alqışlamaq olar" - Peskov

DÜNYA

24 Iyun 2025 | 13:25

Əgər həqiqətən atəşkəsə nail olunubsa, bunu alqışlamaq olar - Peskov

ABŞ-nin İranın nüvə proqramına nə dərəcədə ciddi zərər vurduğunu anlamaq mümkün deyil.

Bakıvaxtı.az yerli KİV-lərə istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Əlbəttə, müvafiq kanallar vasitəsilə müəyyən məlumatlar daxil olur, lakin hələ çox az vaxt keçib. Şübhəsiz ki, vəziyyəti yerində təhlil etmək lazımdır ki, nə qədər ciddi zərər vurulduğunu başa düşək", - o jurnalistlərə bildirib.

O, həmçinin vurğulayıb ki, əgər İran və İsrail arasında atəşkəsə nail olunubsa, Rusiya bunu alqışlayır: "Əgər həqiqətən atəşkəsə nail olunubsa, bunu yalnız alqışlamaq olar".

D.Peskov əlavə edib ki, Rusiyada "bunun davamlı atəşkəs olacağına" ümid edirlər.


SON XƏBƏRLƏR