• Bakı 26° C

    4.75 m/s

  • USD - 1.7

    EUR - 1.9961

    RUB - 2.1425

Bu iki ölkə arasında hərbi toqquşma başladı - həlak olanlar var - YENİLƏNİB

DÜNYA

24 Iyul 2025 | 11:23

Bu iki ölkə arasında hərbi toqquşma başladı - həlak olanlar var - YENİLƏNİB

Tailandın Kambocadakı səfirliyi münaqişənin kəskinləşməsi fonunda vətəndaşları ölkəni tərk etməyə çağırıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Khmer Times" qəzeti Kamboca Müdafiə Nazirliyinə istinadən yazır.

“The Nation nəşri” Kamboca-Tailand sərhədi boyunca silahlı toqquşmanın baş verdiyini bildirir.

Tailandın Surin əyalətinin iki sakini Kamboca qoşunlarının hücumu nəticəsində həlak olub.

Bir gün əvvəl Tailand sərhədin mübahisəli sahələrində piyada əleyhinə minalarla bağlı insidentlərə görə öz səfirini Pnompendən geri çağırıb, Kamboca səfirini isə ölkədən çıxarıb.

***

10:45

Sərhədin mübahisəli ərazilərində yaşanan qarşıdurmadan sonra Tailand Kamboca ilə sərhədi bağlayıb.

Bakıvaxtı.az “Reuters“ə istinadən xəbər verir ki, Tailand ordusu sərhədə F-16 qırıcı təyyarələri göndərib.

    Tailand ordusunun bildirilib ki, bu addım Kamboca ordusunun sərhəddə yerləşən Tailanda məxsus hərbi obyektləri hədəfə almasına cavab olaraq atılıb.

    Qırıcı təyyarələr Kambocaya məxsus hərbi obyektlərə zərbə endirdikdən sonra öz bazalarına geri dönüb.

    Hər iki tərəf bir-birini atəş açmaqda günahlandırır.

    Qeyd edək ki, sərhəddə yaşanan toqquşmalarda bir neçə tailandlı mülki şəxs və hərbçi həlak olub, eyni zamanda, yaralanıb.

    Kamboca tərəfdən itkilər hələlik açıqlanmayıb.


    SON XƏBƏRLƏR