• Bakı 25° C

    2.15 m/s

  • USD - 1.7

    EUR - 1.9961

    RUB - 2.1425

Marqarita Simonyanı çirkin məxluq adlandırdı

DÜNYA

24 Iyul 2025 | 11:46

Marqarita Simonyanı çirkin məxluq adlandırdı

Ermənistan parlamentinin sədri Alen Simonyan RT telekanalının baş redaktoru Marqarita Simonyanı təhqir edib.

Bakıvaxtı.az xəbər verir ki, Alen Simonyan özünün “Telegram” kanalında Marqarita Simonyanı çirkin məxluq adlandırıb, onu Ermənistanın suveren işlərinə qarışmaqda ittiham edib.

    Spiker "yan"la bitən soyadından başqa Marqarita Simonyanın Ermənistan və erməni xalqı ilə heç bir əlaqəsinin olmadığını vurğulayıb.

    “O, Ermənistan rəhbərliyini təhqir edir, insanları ölkəmizdə mitinqə, hakimiyyəti devirməyə çağırır. Və yalan yayır, eyni zamanda, ölkəni və insanları təhdid edir. Məsələn, mövcud olmayan sənəd haqqında naməlum qəzetin mövcud olmayan müəlliflərinə istinad edərək başqa bir yalan yayır”, - Alen Simonyan qeyd edib.

    Erməni spiker vurğulayıb ki, Marqarita Simonyan “daha bir qızıl medal uğrunda mübarizə aparır” və əlavə edib ki, bu, Ermənistana qarşı hibrid müharibənin daha bir təzahürüdür.

    Alen Simonyan Ermənistanda tezliklə seçkilərin keçiriləcəyini xatırladaraq bu cür hücumların davamlı olacağına diqqət çəkib.


    SON XƏBƏRLƏR