• Bakı 16° C

    9.93 m/s

  • USD - 1.7

    EUR - 1.8224

    RUB - 0.0183

Əksəriyyət sülhməramlıların belə asanlıqla gedəcəyini gözləmirdi- Partiya sədri

SİYASƏT

19 Aprel 2024 | 15:59

Əksəriyyət sülhməramlıların belə asanlıqla gedəcəyini gözləmirdi- Partiya sədri

"Rusiya sülhməramlı qüvvələrinin Azərbaycanı tərk etməsi müxalifət partiyası olaraq bizi çox sevindirdi və fərəhləndirdi". 

Bu sözləri Bakivaxti.az-a açıqlamasında AĞ Partiya sədri Tural Abbaslı deyib. 

Partiya rəhbəri qeyd edib ki, bu, kifayət qədər böyük hadisədir: 

"44 günlük müharibə, 23 saatlıq anti-terror əməliyyatı və nəhayət rus hərbi kontingentinin Qarabağdan, Azərbaycandan çıxması 2020-ci ildən bu yana təqvimimizdəki ən önəmli tarixi günlərdir. 44 günə torpaqlarımızı düşməndən azad etdik və sadəcə bir günə Qarabağı separatçılardan təmizlədik. Həmin günləri tarixi önəminə, müstəsna əhəmiyyətinə görə necə qeyd və təqdir ediriksə, bir-birimizi təbrik ediriksə, eyniylə Rusiya hərbçilərinin torpaqlarımızı təkr etməsini də o cür qeyd etməliyik".

T.Abbaslı qeyd edib ki, bu tarixi anlara görə Azərbaycan xalqına təbrik düşür. Kifayət qədər önəmli hadisədir:

"Təbii ki, bu qərarın verilməsinə nail olan iqtidarı da təbrik etmək lazımdır. Siyasi etika və mədəniyyət də bunu tələb edir. Biz iqtidarı da, Prezidenti də bu uğuru münasibəti ilə təbrik edirik".

Tural Abbaslı: Bu tarixi anlara görə Azərbaycan xalqına təbrik düşür

Bunun böyük uğur olduğunu deyən müsahibimizə görə, əksəriyyət rus qoşunlarının Azərbaycanı tezliklə və belə asanlıqla tərk edəcəyini gözləmirdi:

"Hətta 2025-ci ildən əvvəl bunun baş verəcəyi ümumiyyətlə müzakirə edilmirdi. O baxımdan olduqca əhəmiyyətli hadisədir".

Aydın Baxış


SON XƏBƏRLƏR